Ukrayna əks hücum əməliyyatlarına başladı



 11:39 25.05.2023     435

“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:

“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.

Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:

“Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlarda Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.