"Ukraynadakı münaqişə daha da genişlənir" - Şoyqu
"Ukraynadakı münaqişə daha da genişlənir".
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar qazanmağa məcbur edir: "Əslində, NATO Şərqi və Mərkəzi Avropada öz bazalarını yaratmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir".