Türkiyədə zəlzələdə zərərçəkmişlərin ödəmədikləri işıq və qaz pulları ləğv olunur
Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində iş yerləri və evləri ziyan görmüş vətəndaşların ödəmədikləri işıq və qaz pulları ləğv olunur.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb.
Sənəddə qeyd edilib ki, indiyədək ödənişi yerinə yetirməyən şəxslər kommunal xidmətə görə nəzərdə tutulmuş məbləği ödəməyəcəklər.