Putinin köməkçisi: SSRİ iyrənc yalan idi



 10:09 16.05.2021     197

Sovet hakimiyyəti iyrənc yalan idi.

Nexeber.az Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays deyib.

“Səhər tezdən radionu qoşursan və sevincli səs eşidirsən: “Salam, uşaqlar”. Bax, birincidən sonuncu sözə qədər iyrənc yalan idi. Hər kəs bunun yalan olduğunu yaxşı başa düşürdü. Oxşar yalan dövlət həyatının hər aspektində müşahidə edilirdi”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncə SSRİ-nin çöküşünü XX əsrin ən böyük fəlakəti adlandırmışdı.