Nikol Paşinyan Moldovaya getdi



 17:10 31.05.2023     333

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 31-də Moldovanın paytaxtı Kişineuya işgüzar səfərə yola düşüb.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

N.Paşinyan Kişineuda Avropa Siyasi Cəmiyyətinin II sammitində iştirak edəcək.

Bildirilib ki, Moldovanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə beştərəfli görüş keçiriləcək.