Ərdoğan iyunun 3-də and içəcək



 09:07 02.06.2023     319

Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"(Ərdoğanın-red) Andiçmə mərasimi parlamentdə baş tutacaq. O, sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - Altun bildirib.