Türkiyədə növbəti zəlzələ oldu



 09:33 02.06.2023     320

Türkiyənin Bursa vilayətində yenidən zəlzələ qeydə alınıb.

Demedia.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Gemlik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Silkələnmə Mərmərə dənizində də hiss olunub.