Borrell Supla Koreya və Ukraynanı müzakirə etdi
Şimali Koreyanın davam edən təxribatları ilə bağlı narahatlığı paylaşdıq və Ukraynanın sursat ehtiyaclarını müzakirə etdik.
Demedia.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Cənubi Koreyanın müdafiə naziri Li Çon Supla görüşdən sonra bildirib.
"Uğurlu görüşümüzdən sonra yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı inkişaf etdirmək üçün birlikdə çalışırıq”, - Borrell qeyd edib.