Çavuşoğlu da postunu təhvil verdi
Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.
Demedia.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
“2014-cü il avqustun 24-ü başladığım vəzifəm boyu böyük bir şərəflə çalışdım. İndi bayrağı təhvil vermək növbəsi mənə çatdı. 8 il ərzində daşıdığım Xarici İşlər Nazirliyi bayrağını dəyərli qardaşım Hakan Fidana təhvil verirəm”, - deyə Çavuşoğlu mərasim zamanı qeyd edib.
Xatırladaq ki, M.Çavuşoğlu fəaliyyətini millət vəkili olaraq davam etdirəcək.
Qeyd edək ki, Türkiyədə yeni Nazirlər Kabinetində yer alan nazirlər bu gün təhvil-təslim mərasimlərini başa çatdıracaqlar. İyunun 4-ü 8 nazirin təhvil-təslim mərasimi baş tutub. Bu gün isə 7 nazir öz postunu təhvil verəcək.