"Dərmanların qiyməti bahalaşıb" - Fazil Mustafa



 12:41 06.06.2023     330

"Dərmanların qiyməti bahalaşıb. Onun qarşısının alınması üçün addımlar atılmır".

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bizim bazardan Avropa dərmanları çıxıb: "Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik".