Fələstin: BMT Baş Assambleyasına müraciət edəcəyik



 17:39 17.05.2021     291

BMT Təhlükəsizlik Şurası təəssüf ki, İsrailin hücumlarını qınayan və dayandırmalarını istəyən ortaq mövqe göstərə bilmədi.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Fələstin Baş naziri Məhəmməd Ştaye deyib.

“Buna görə də Fələstin İsrail hücumlarının dayandırılması üçün BMT Baş Assambleyasına müraciət edəcəyik. Orada heç kimin veto qoymaq hüququ yoxdur. Planlaşdırılan cinayətlər törədilir və bunlar canlı yayımlanır. Beynəlxalq Cinayət Məhkəməsi onları görür və eşidir. Ən qısa müddətdə hərəkətə keçməlidirlər.

Bundan başqa, İsrail vətəndaşlarının ərəb ölkələrinə girişinə qadağa qoyulmalı və Təl Əvivlə ticarət razılaşmaları dayandırılmalıdır”, - Ştaye bildirib.