Hakan Fidan: “İsveç NATO-ya daxil olmaq üçün konkret addımlar atmalıdır”
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə İsveçin xarici işlər naziri Tobias Billström arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fidan İsveçin NATO-ya daxil olması üçün konkret addımlar atmasının vacibliyini vurğulayıb.
Nazirlər həmçinin İsveçin NATO-ya müraciətinin təsdiqi üçün Türkiyənin şərtlərinin yerinə yetirilməsinə nəzarət üzrə birgə mexanizmin iclasından sonra təmasları davam etdirmək barədə razılığa gəliblər.
İclas iyunun 12-nə planlaşdırılıb. İyunun 1-də İsveçdə Türkiyənin terrorçu elan etdiyi şəxslərin ekstradisiyasını tələb edən yeni antiterror qanunu qüvvəyə minib. Görüşdə Stokholmun Ankaranın tələblərinin yerinə yetirilməsi istiqamətində irəliləyişinin qiymətləndirilməsi gözlənilir.