Xerson vilayətinin 600 kv. km sahəsini su basdı
Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin 600 kv. km sahəsini su basıb.
Demedia.az xəbər verir ki, bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib.
Ukraynalı başçının sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb.
Aleksandr Proskudin deyib ki, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 1999 nəfər artıq təxliyə edilib. O, bu prosesin davam etdiyini də vurğulayıb.