Ermənistan itkilərinin sayını açıqladı
Qarabağ müharibəsində 3 min 439 erməni hərbçi ölüb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Hazırda bizdə 3439 cəsəd var. Onlardan 766-nın identifikasiyası aparılmayıb. Həmçinin itkin düşənlər də var. Mən son rəqəmləri səsləndirmək istəmirəm. Lakin ölənlərin sayı 4 mindən çox olmayacaq”, - deyə Avinyan bildirib.
Qeyd edək ki, Ermənistan siyasətçiləri, eləcə də bu ölkənin mediası müharibədə ölən erməni hərbçilərinin sayının bu rəqəmdən dəfələrlə çox olduğunu qeyd edir.