Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.