“Rusiya sülhməramlıları tezliklə regionu tərk edəcək”
“Rusiya sülhməramlıları tezliklə regionu tərk edəcək”.
Demedia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan atasında sülh müqaviləsi imzalandıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalması mənasızdır.
Qrant Baqratyan vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib.//Report