Ukrayna Baxmut ətrafında irəliləyir



 12:45 10.06.2023     388

Ukrayna silahlı qüvvələri Baxmut ətrafında, eləcə də Donetsk və Zaporojye vilayətlərinin müxtəlif istiqamətlərində irəliləyirlər.

Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan (MAİ) bildirib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kremennaya bölgəsində rəqibin məhdud və lokallaşdırılmış quru hücumlarını dəf edib. Eyni zamanda, Ukrayna qoşunları Baxmut yaxınlığında davam edən hücum əməliyyatları zamanı 1,2 kilometr irəliləyib.

Bildirilib ki, Ukraynanın müdafiə qüvvələri də Donetsk vilayətinin qərbində Donetsk və Zaporojye vilayətləri arasındakı sərhəd yaxınlığında məhdud əks-hücum əməliyyatlarını davam etdirib və bu ərazilərdə taktiki uğur qazanıb.

ISW qeyd edir ki, Ukrayna rəsmiləri açıq şəkildə etiraf ediblər ki, ordu əks-hücum əməliyyatları zamanı texnika itkisi gözləyir.