Ruslara tualet kağızı ilə bağlı nə söz verilib?
"İsveçin fərdi qulluq məhsulları istehsal edən "Essity" şirkətinin Rusiya bazarını tərk etməsi tualet kağızı qıtlığına səbəb olmayacaq".
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Denis Rakşa kp.ru-ya bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasını tərk edən bütün xarici şirkətlər demək olar ki, öz aktivlərini ləğv etmir, onları yenidən yerli rəhbərliyə və investorlara satırlar. Bundan sonra yeni sahiblərin rəhbərliyi altında istehsal bərpa olunur.
Denis Rakşa əlavə edib ki, belə hallarda, bir qayda olaraq, eyni məhsullar yeni brendlə istehsal olunmağa davam edir.
""Zewa"nın getməsi rusları tualet kağızısız qoymayacaq" - Sənaye və Ticarət Nazirliyi söz verib.
Sənaye və Ticarət Nazirliyindən həmçinin məlumat verilib ki, "Essity" Rusiyadakı obyektlərini idarə etmək hüququnu yerli səhmdarlara verib. Departament sövdələşmənin çeşid və qiymətlərə təsir etməyəcəyini vurğulayıb.
Konsaltinq şirkətlərindən birinin təsisçisi Olqa Sumişevskaya deyib: "Adlar yenidən yazılacaq, yeni çeşid təqdim olunacaq, iş eyni zavodlarda qalacaq".//Publika.az