Ermənistanın MN: Orduya kömək adı ilə milyonlar mənimsənilib



 11:28 15.06.2023     331

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sosial şəbəkələrdə fırıldaqçılar tərəfindən orduya kömək adı ilə külli miqdarda pulun mənimsənildiyini bildirib.

“2022-2023-cü illərdə istifadəçi Z.S. feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vətəndaşlardan 500 000 - 1 000 000 drama qədər vəsait toplayıb”, - nazirliyin açıqlamasında bildirilir.

Eyni zamanda digər feysbuk istifadəçisi E.S sosial şəbəkədəki səhifəsində bank hesablarının nömrələrini yerləşdirməklə həm Ermənistan vətəndaşlarından, həm də xaricdə yaşayanlardan 300 min ABŞ dollarına yaxın pul yığıb. O, bu vəsaiti guya ordu üçün lazımi əşyaları almaq və sonradan ianə üçün toplayıb.

Hər iki şəxs vəsaitin əhəmiyyətli hissəsini mənimsəyiblər.

Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 255-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.//Report.az