İranda polisdən göstəriş: “Boyunlarını qırın, mən cavabdehəm”



 16:30 16.06.2023     401

İranın Mazandaran vilayətinin polis rəisi Həsən Məfxəmi tabeliyində olan qüvvələrə qadın və gəncləri öldürmək əmrini verib. O, bu göstərişi kameralar qarşısında edib.

Demedia.az xəbər verir ki, həmin görüntüləri “Azad İran” teleqram kanalı təqdim edib.

Kadrlar Babolsər sahilindəndir. Videoda rejimin hüquq-mühafizə orqanı əməkdaşının insanları açıq şəkildə təhdid etdiyi görünür:

“Bu əyalətdə, şəhərlərimizdə, Allah eləməsin, kimsə qaydaları pozarsa, qanunun hökmü ilə boynunu qırın, mən cavabdehəm!”.