Türkiyə kəşfiyyatı əməliyyat keçirdi: Terrorçulara ağır zərbə
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni antiterror əməliyyatı keçirib.
Demedia.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Əməliyyat nəticəsində terrorçu qruplaşma olan Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) rəhbərlərindən biri olan Osman Nuri Ocaklı məhv edilib.
O, qruplaşmanın “Suriya üzrə məsul şəxsi vəzifəsini” icra edib və axtarışda olub.
Məlumata görə, Osman Nuri Ocaklı Türkiyədə çox sayda terror aktlarının törədilməsi barədə təlimat verib. Bu ilin aprelində Bursada cəzaçəkmə müəssisələrindən birinə hücumu da o təşkil edib. Həmin hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Məhz həmin hadisədən sonra O.N.Ocaklı axtarışa verilib.