Blinken ABŞ-Çin əlaqələrini müzakirə etmək üçün Pekinə gedib
ABŞ dövlət katibi Entoni Blinkenin Çinə iki günlük səfəri başlayıb.
Bu barədə Demedia.az xarici mətbuata istinadən xəbər verir.
Amerika tərəfinin məlumatına görə, Blinken Çinin xarici işlər naziri Çin Qan və ola bilsin ki, Çin Sədri Si Cinpinlə görüşəcək.
Dövlət Departamenti qeyd edib ki, Blinken “ABŞ və Çin arasında münasibətlərin məsuliyyətli idarə olunması üçün açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini müzakirə edəcək”.
“Dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasındadır”, - bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tviterdəki hesabında yazıb.
“ÇXR ilə münasibətlərimiz bizim ən mürəkkəb və zəruri əlaqələrimizdən biridir. İki ölkə arasında əlaqə saxlamağımız vacibdir”, - M. Miller əlavə edib.