Sudanda üçgünlük atəşkəs qüvvəyə minib
Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında atəşkəs iyunun 18-dən qüvvəyə minib.
Demedia.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı müharibə edən tərəflər arasında vasitəçi qismində çıxış edən Səudiyyə Ərəbistanı və ABŞ-ın birgə bəyanatından çıxarışlara istinadən məlumat yayıb.
Atəşkəs Sudanın paytaxtı Xartumda səhər saat 06:00-da (Bakı vaxtı ilə saat 08:00) qüvvəyə minib.
Sənədə əsasən, silahlı münaqişə tərəfləri bazar günündən başlayaraq 72 saatlıq atəşkəs haqqında razılığa gəliblər. Tərəflər “ölkənin bütün bölgələrində ehtiyacı olanlara yardımın çatdırılmasına imkan verəcək humanitar atəşkəsə riayət etməyi razılaşdırıblar”.