Putin: “Ukraynanın Ali Baş Komandanı xarici ölkədədir”
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıyın xaric ölkədə ola biləcəyini etiraf edib.
Demedia.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı hərbi komandirlərlə söhbəti zamanı Aleksandr Sladkovun sualını cavablandırarkən deyib.
Putin əlavə edib ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanından soruşmaq olar:
“Bilirəm. Düşünürəm ki, bilirəm. Amma bunun üçün xarici dilə keçmək lazımdır. Mənə elə gəlir ki, o, xaricdədir. Amma səhv də edə bilərəm".