Kaxovkada suyun səviyyəsi azaldı
Xerson vilayətində daşqının aktiv fazası səngiyib.
Demedia.az xəbər verir ki, bunu Xersondakı separatçıların rəhbəri Vladimir Saldo deyib.
“Novaya Kaxovka və Oleşkidə su tamamilə çəkilib, Qolaya Pristanda isə cəmi 5 sm su qalıb. Su altında qalan 23 min evin 36 faizi sulardan xilas olub. Son sutkada Kaxovka su anbarında suyun səviyyəsi azalıb”, - Saldo bildirib.