Ukrayna Prezident Ofisi: "Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir"



 09:12 20.06.2023     300

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir".

Demedia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”.

M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.