Yens Stoltenberq: “Biz müharibənin dondurulmasının əleyhinəyik”
“Biz müharibənin dondurulmasının əleyhinəyik”.
Demedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, NATO Rusiyanın şərtləri əsasında razılaşma istəmir: “Biz hamımız müharibənin bitməsini arzulayırıq. Amma bu, Rusiyanın şərtləri əsasında olmamalıdır”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.