Reuters: Bayden Si Cinpini diktator adlandırıb
ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpini diktator adlandırıb.
Demedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Qeyd olunub ki, amerikalı lider Kaliforniyada kampaniyası üçün pul yığımı toplantısında analoji açıqlamalar verib.
“Si Cinpinin içində casus avadanlığı ilə dolu olan o balon şarını vurduğumuz zaman çox əsəbiləşməsinin səbəbi onun orada olduğunu bilməməsi idi”.
Bundan əlavə, bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 18-19-da Pekinə səfərini şərh edən Bayden Vaşinqtonla Pekin arasında münasibətlərin düzgün yolda olduğunu bildirib.