Blinken: "Türkiyə NATO-nun dəyərli müttəfiqi və tərəfdaşıdır"
"Türkiyə NATO-nun dəyərli müttəfiqi və tərəfdaşıdır”.
Demedia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İngiltərənin paytaxtı Londonda Ukraynanın Bərpası Konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ilk təkbətək görüşündən sonra sosial media hesabından açıqlama verib.
Nazir Fidanla konstruktiv görüş keçirdiyini ifadə edən Blinken Türkiyənin dəyərli NATO müttəfiqi və tərəfdaşı olduğunu bildirib.
Dövlət katibi H.Fidanla görüşdə İsveçin NATO üzvlüyünü müzakirə etdiklərini qeyd edib.