Onları başa düşdük, bəs Moldova hara soxulur? - Dodon



 11:38 20.05.2021     483

Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə inteqrasiyası ilə bağlı imzaladıqları memorandum Rusiyaya qarşı yönəlib.

Nexeber.az axar.aza istinadən xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

Dodon respublikanın bu razılaşmadan çıxmasına çalışacağını bildirib:

“Bu, çox təhlükəli sənəddir. Bunu dəyişdirmək, anlaşılmaz bloklardan çıxmaq lazımdır. Bu, bizim prinsipial mövqeyimizdir. Rusiyaya qarşı "kəmər" formalaşdırılır. Moldovanın bu oyunla nə əlaqəsi var? Başa düşürük ki, Ukrayna və Gürcüstan NATO üzvlüyü ilə bağlı strateji qərar qəbul ediblər, bəs Moldova hara soxulur?”