"Bu il müharibə bitsə, gələn il seçkilər olacaq" - Zelenski



 17:01 22.06.2023     444

“Müharibə bu il bitərsə və sülh olarsa, 2024-cü ildə Ukraynada seçkilər keçiriləcək”.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, qlobal məsələdir.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna qanunvericiliyinə görə, seçkilər sülh şəraitində, müharibə olmayan vaxtda keçirilməlidir: "Mən çox istəyirəm ki, gələn il sülh əldə edilsin və həyat müharibədən əvvəlki kimi olsun".