Moskvada antiterror əməliyyatı rejimi tətbiq edildi
Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Demedia.az ”TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.
“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.
Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.