“Vaqner” bölmələri Voroneji tərk edir



 16:39 25.06.2023     319

"Vaqner" Xüsusi Hərbi Şirkətinin bölmələri vilayətin ərazisini tərk edir”.

Demedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkələrdə məlumat verib.

"Vaqner” bölmələrinin Voronej vilayətinin ərazisindən hərəkəti başa çatır”, - o yazıb.

Qusev əlavə edib ki, yerli hakimiyyət orqanları yekun qərardan sonra məhdudiyyətləri aradan qaldıracaq: "Həm bu, həm də dəymiş zərərin aradan qaldırılması və kompensasiya edilməsi üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat veriləcək", - qubernator vurğulayıb.