Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq - Ukrayna
“Krımı azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviterdə yazıb.
O bildirib ki, Ukrayna ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində daha bir neçə addım atıb.
Nazirlik nümayəndəsinin sözlərinə görə, Rusiya ordusu artıq parçalanır.
Qeyd edək ki, Krım 2014-cü ildə ilhaq edilib.
Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Rəsmi Kiyevin mövqeyinə görə, müharibə 1991-ci il sərhədlərinin bərpa olunması ilə başa çatmalıdır.