ABŞ İnstitutu: “Şoyqu istefaya göndəriləcək
Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu istefaya göndərilə bilər.
Deemdia.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu çıxış edib.
Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin arasında razılaşma birmənalı olaraq Müdafiə Nazirliyinə təsir edəcək: “Bəzi Rusiya mənbələri Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik ola biləcəyini bildirirlər. Maraqlıdır ki, S. Şoyqu və baş qərargah rəisi Valer Gerasimov barədə “Vaqner”in silahlı üsyanından bəri məlumat yoxdur”.
Amerikalı analitiklər iddia edirlər ki, Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri, təhlükəsizlik orqanlarının sabiq zabitlərindən biri S. Şoyqunun yerinə təyin edilə bilər, lakin onun adı açıqlanmayıb:
“Şoyqu və Gerasimovun istefaya göndərilməsi Priqojinin qələbəsi olacaq”.