Bayden Mitsotakisi təbrik etdi
ABŞ prezidenti Cozef Bayden Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi ikinci müddətə seçilməsi münasibətilə təbrik edib.
Demedia.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
“Birləşmiş Ştatların xalqı adından Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə yenidən seçilməsi münasibətilə təbriklərimizi göndərirəm”, - Ağ Evin bəyanatında deyilir.
Bayden qeyd edib ki, Mitsotakis ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.
"Müttəfiqlər, tərəfdaşlar və dostlar kimi Yunanıstan və Birləşmiş Ştatlar demokratiyanın tərəfdarı olublar. Biz bu irsi davam etdirmək üçün Yunanıstan hökuməti, xalqı və ABŞ-dakı fəal yunan-Amerika icması ilə işləməyə davam edəcəyik", - ABŞ lideri əlavə edib.