Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırdı
Latviya Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.
Demedia.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.
Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər. “İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.