Tokayev Putinə dəstəyini bildirdi
“Mən Qazaxıstanın Rusiya ilə çoxşaxəli əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı prinsipial mövqeyini təsdiq edirəm. Əminəm ki, bu bir mövqe xalqlarımızın maraqlarına tam cavab verir”.
Demedia.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığını şərh edərkən bildirib.
O qeyd edib ki, Putinlə daha öncəki telefon danışığı zamanı da onun konstitusiya quruluşunun və qanunun qorunması, möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətinə tam dəstək verdiyini bəyan edib.
“Rusiya dövlətinin potensialını və onun liderinin şəxsiyyətini nəzərə alsaq, buna heç bir şübhə yoxdur”, - Tokayev əlavə edib.