İranda qum fırtınası 1000-dən çox insana zərər verdi
Son günlər İranın 1000-dən çox vətəndaşı respublikanın cənub-şərqində Sistan və Bəlucistan əyalətini bürümüş qum fırtınasının fəsadlarından əziyyət çəkib.
Demedia.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətləri məlumat yayıb.
Məlumata görə, 1059 nəfər yardım üçün tibb müəssisələrinə müraciət edib. Onlardan ən azı 145-i inkişaf etmiş fəsadlar səbəbindən hələ də həkim nəzarətindədir. Həkimlər qeyd edirlər ki, zərərçəkənlərin tənəffüs, görmə və ürək-damar sistemində problemlər var.