Türkiyəli jurnalist buna görə həbs edildi



 20:00 27.06.2023     328

Türkiyəli jurnalist Merdan Yanardağ həbs edilib.

Demedia.az xəbər verir ki, jurnalist televiziya verilişində verdiyi ifadələrə görə iyunun 26-da tutulmuşdu. 

İstanbul Prokurorluğu Yanardağa separatçı terror təşkilatının lideri Abdullah Öcalan haqqında söylədiyi ifadələrə görə "cinayəti və cinayətkarı tərifləmək" və "terror təşkilatının təbliğatını aparmaq" cinayətləri ilə istintaqa başlayıb.

Polis bölməsindəki prosedurları tamamlanan Yanardağ Çağlayandakı İstanbul Ədliyyə Sarayında həbs olunub.