Moskvada yük qatarı qəzaya uğradı
Moskvanın Birulyovo stansiyasında sement daşıyan 6 yük vaqonu relsdən çıxıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Rusiya Dəmir Yolları” QSC-yə istinadən məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ekoloji təhlükənin olmadığı bildirilir.
Birulyovo-Tovarnaya stansiyasında hərəkət dayandırılıb, qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.