Fransada fövqəladə vəziyyət elan edilə bilər
17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər.
Demedia.az xəbər verir ki, bu barədə BFM telekanalına müsahibəsində Fransanın mənzil siyasəti üzrə nazir-deleqatı Olivye Kleyn bildirib.
“Bu gün iğtişaşlara reaksiya üçün bütün variantlar masadadır. Mövcud vəziyyətdən çıxmaq lazımdır və fövqəladə vəziyyət effektiv yoldursa, o zaman respublika prezidenti bunu elan edəcək”, - o vurğulayıb.