Titanik”də yazılan məktub 12 min dollara satıldı



 10:59 01.07.2023     332

“Titanik” gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb.

Demedia.az xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb.

1912-ci il 11 aprel tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub “Titanik” gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib.

Məktubu alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci ilin aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513-ü həlak olub.