Çində kimyəvi zavodda güclü partlayış - Video
Çinin cənub-şərqində yerləşən Szyansi vilayətində kimyəvi zavodda güclü partlayış baş verib.
Demedia.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası (CCTV) yayıb.
Məlumata görə, “Jiangxi Qiantai New Material Co Ltd” zavodunda baş verən partlayışa səbəb yağın alışması olub. Müəssisədə olan bütün işçilər təxliyə olunub. Xəsarət alanlarla bağlı məlumat verilməyib.