Polşanın Baş naziri Fransadakı talanları səhv miqrasiya siyasəti ilə əlaqələndirib



 12:14 02.07.2023     306

Fransada talanlar nəzarətsiz miqrasiya siyasəti nəticəsində başlayıb.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski brifinqdə deyib.

"Bir gecədə bir neçə yüz ev, bir neçə min avtomobil yandırılıb, şüşələr sındırılıb, xəstəxanalar və məktəblər talan edilib. Bunlar bizim qəbul etməyə məcbur olduğumuz nəzarətsiz miqrasiya siyasətinin nəticələridir", - Polşa hökumətinin başçısı bildirib.

O, Avropa İttifaqını bununla bağlı Polşanı yeni miqrasiya paktı imzalamağa məcbur etməyə çalışmaqda ittiham edib.