ABŞ-Avstraliya reysi zamanı təyyarə hava boşluğuna düşüb
ABŞ-Avstraliya reysi zamanı təyyarə hava boşluğuna düşüb.
Demedia.az xəbər verir ki, hadisə nəticəsində 4 sərnişin və 3 stüardessa yaralanıb. ABŞ mətbuatının məlumatına görə, Havay Hava Yollarına məxsus təyyarə Havaydan Avstraliyanın Sidney şəhərinə uçarkən hava boşluğuna düşüb. Bildirilir ki, hadisə təyyarə havaya qalxandan 5 saat sonra baş verib. Sərnişin və stüardessalar təyyarənin tavanına dəyərək xəsarət alıblar. Onlara təyyarədə həkim tərəfindən tibbi yardım göstərilib.
Məlumata görə, hadisə zamanı təyyarədə 163 sərnişin və 12 heyət üzvü olub.
Bahadur Seyidov