Makrondan etirazla bağlı inanılmaz təklif
Fransa Prezidenti Emmanuel Makron etirazlarda uşaqları iştirak edən ailələrə maliyyə sanksiyaları tətbiq etmək istədiyini bildirib.
Demedia.az xəbər verir ki, Makron aksiyaların qarşısının alınmasında iştirak edən polislə qeyri-rəsmi şam yeməyində görüşüb. Fransa mətbuatının məlumatına görə, Makron polisə dəstəyini açıqlayıb və uşaqları hadisələrdə iştirak edən ailələri maddi baxımdan cəzalandırmaq istədiyini bildirib. “Ciblərinə toxunmaq lazımdır, onlar yalnız bu cür başa düşürlər. “Onların axmaqlığına görə maliyyə sanksiyası olmalıdır” - Makron deyib.
Qeyd edək ki, Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub.