Sergey Lavrovun xüsusi nümayəndəsi Bakıya gəlir



 16:03 06.07.2023     316

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edəcək.

Demedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O söyləyib ki, bu səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək.

Səfərin dəqiq tarixi açıqlanmayıb.