Ərdoğanla Putinin görüşü ola bilər
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü müəyyən perspektivdə baş tuta bilər, lakin onun dəqiq vaxtı hələ müəyyənləşdirilməyib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, Putin və Ərdoğan mütəmadi olaraq ünsiyyət qururlar, söhbətlərində üz-üzə təmaslar haqqında dəfələrlə danışılıb. “Bu cür təmasların vaxtı, tarixləri müəyyən edildikdən sonra sizə məlumat verəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün İstanbulda Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın danışıqları baş tutacaq.