ABŞ münaqişə bitməmiş “F-16”ları Kiyevə təhvil verə bilər
“Amerika istehsalı olan “F-16” qırıcıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün nəzərdə tutulmayıb, lakin müharibə gözləniləndən daha uzun sürərsə, Ukraynaya verilə bilər”.
Demedia.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bu qırıcılar heç vaxt əks-hücum silahı sayılmayıb. Hazırda hadisələri izləyirik. Ümid edirəm ki, bu müharibə daha tez bitər. Amma bu baş verməsə, biz “F-16”ları mümkün qədər tez onlara təhvil verəcəyik”,- deyə o bildirib.